AZƏRBAYCAN VƏ RUS UŞAQ ƏDƏBİYYATININ TƏŞƏKKÜLÜ VƏ İNKİŞAF MƏRHƏLƏLƏRİ


Özet Görüntüleme: 71 / PDF İndirme: 151

Yazarlar

DOI:

https://doi.org/10.33390/homeros.2.001

Anahtar Kelimeler:

uşaq ədəbiyyatı, yeni nəsil, təşəkkül, istiqamət, yaradıcılıq.

Özet

Məlum olduğu kimi hər bir predmetin tarixi ilə nəzəriyyəsi ayrılmazdır. Əgər biz bu günkü uşaq ədəbiyyatının daha dolğun mənzərəsini canlandırmaq və gələcək inkişafına istiqamət vermək istəyiriksə, mütləq onun keçmişinə nəzər salmalıyıq. Azərbaycan uşaq ədəbiyyatı bu günkü nailiyyətlərinə görə özünün keçmişinə borcludur. Çünki o, əvvəlki ənənənin özülü üzərində dayanır və onun davamı kimi inkişaf edir. Elə buna görə də, uşaq ədəbiyyatımızın keçmişini onun təşəkkül dövründən başlayaraq öyrənməyə zəruri ehtiyac hiss olunur.

XIX əsrin axırları – XX əsrin əvvəllərində rus və Azərbaycan inqilabçı demokratları ədəbiyyatın və mədəniyyətin bu təlatümlü dövründə uşaq ədəbiyyatının inkişafına düzgün istiqamət vermək istəyirdilər. Belə hesab edirdilər ki, yeni insan, yeni vətəndaş tərbiyəsində uşaq ədəbiyyatının istiqaməti sosialist realizmi yaradıcılıq metoduna əsaslanın, proletar ədəbiyyatının bir qolu kimi fəaliyyət göstərməlidir. Lakin ictimai-siyasi quruluşun təsirindən asılı olmayaraq uşaq ədəbiyyatı da ziyalı sənətkarların qələmlərinin gücü ilə inkişafını davam etdirirdi.Uşaq ədəbiyyatının məqsəd və vəzifəsindən göründüyü kimi, bu ədəbi aləm müxtəlif elmlərlə: pedaqogika, psixologiya, etika, estetika, incəsənət, təbabət və dəqiq elmlər – əlaqəli şəkildə inkişaf edir. Yeni nəslin hərtərəfli inkişaf etməsində, kamala çatmasında hər birinin özünəxas yeri var.

İndirmeler

İndirme verileri henüz mevcut değil.

Referanslar

BƏKTAŞİ S. XX əsr uşaq mətbuatında ədəbiyyat. Bakı, 1965.
XƏLİL Z. Azərbaycan uşaq ədəbiyyatı (rus dilində). M., 1987.
MƏMMƏDOV Ə. Azərbaycan uşaq ədəbiyyatı. Bakı, 1977.
YUSİFOĞLU R. Uşaq ədəbiyyatı. Bakı, 2006.
Антология русской литературы. В 6-ти т. т.3., М., ООО «Мир энциклопедий», 2008.
МОМЕТОВ С. Счастливый труд. 1974
Политковская Л. Антология русской детской литературы. В 6-ти т. т.6., М., ООО «Мир энциклопедий», 2009.

İndir

Yayınlanmış

2019-01-31

Nasıl Atıf Yapılır

QAFAROVA, S. (2019). AZƏRBAYCAN VƏ RUS UŞAQ ƏDƏBİYYATININ TƏŞƏKKÜLÜ VƏ İNKİŞAF MƏRHƏLƏLƏRİ. INTERNATIONAL JOURNAL OF LANGUAGE AND AWARENESS, 2(1), 1–10. https://doi.org/10.33390/homeros.2.001

Sayı

Bölüm

Araştırma Makaleleri