MULTİKULTURALİZM VƏ ONUN AZƏRBAYCAN ƏDƏBİ PROSESİNƏ TƏSİRİ


Özet Görüntüleme: 0 / PDF İndirme: 0

Yazarlar

DOI:

https://doi.org/10.33390/ijla.2279

Anahtar Kelimeler:

multikulturalizm,- mŞərq və Qərb- Azərbaycan ədəbiyyatı- qəhrəman problemi- bədii əsər

Özet

Məqalədə multikulturalizmin Azərbaycan ədəbi prosesinə təsiri məsələsi araşdırılır.Qeyd olunurki, multikulturalizm və milli identikliyin qorunması müasir dövrdə vacib və aktualdır. Bu sahədə müasir Azərbaycanın əldə etdiyi bütün səviyyələrdə tarazlığın qoruyub-saxlanılması bacarığı unikal təcrübədir və hərtərəfli öyrənilməyə layiqdir. Bu tədqiqat Azərbaycan fenomenini, onun unikal təcrübəsini – qloballaşma dövründə milli identikliyin qorunub saxlanmasını dərk etməyə öz
töhfəsini verir. Məqalədə bir sıra Azərbaycan ədiblərinin yaradıcılığı nəzərdən keçirilir. Bu yazıçılar əsərlərində multikulturalizmi özünəməxsus şərh edirlər. Bu gün multikultural problemlə bağlı ədəbiyyat vahid hərəkat, istiqamət, hətta müəlliflər qruplarından ibarət deyil. Müəlliflərdə formalaşmış estetika yoxdur, lakin bəzi estetik sabitlərin, multikulturalizm məcrasında nəzərdən keçirilə biləcək bədii üsullar sisteminin yaranmasından danışmaq olar. Multikulturalizm cəmiyyətin müxtəlif sahələrini əhatə edən bəşər tarixinin üzvi hissəsidir. Mədəniyyətlərin bərabərlik əsasında paralel mövcudluğu cəmiyyətdəki etnomilli və konfessional münasibətləri də əhatə edir. Multikulturalizmin təsiri yalnız XXI əsrdə deyil, cəmiyyətlərin inkişafında nisbi sabitlik və sosial böhranlar dövründə bərabər hiss olunur.

İndirmeler

İndirme verileri henüz mevcut değil.

Referanslar

QOCAYEV M.Q. Nizaminin insan fəlsəfəsi. Bakı: Mütərcim, 2011, 172 s.

NOVRUZOV R.M. Hötenin “Şərq divanı”nda sufi motivləri

//Литературный Азербайджан, 2008, № 1, s. 12-17.

NOVRUZOV R.M. Bədii tərcümə və ədəbiyyatların qarşılıqlı əlaqəsi,

zənginləşməsi problemləri. Bakı, Elm, 1999, 121 s.

ИБРАГИМОВА С. Интервью о вручении литературных премий

современным азербайджанским писателям: www. azyb. az / admin/media/

МИР-БАГИРЗАДЕ С.А. Восток и Запад в романе «Али и Нино» // Элм,

№ 14, 31 июля, 2015.

МАМЕДЗАДЕ ИЛЬГАМ. Мультикультурализм как вызов эпохи

глобализации. [http://www.mgimo.ru/fileserver/books/rami4konvent/].

МАМОНОВА В.А. «Мультикультурализм: разнообразие и

множество»,CREDO NEW теоретический журнал.

http://credonew.ru/content/view/606/32/ (16.05.2009).

РЗАЕВА Р.О. Меняющиеся ценности и мультикультурализм. Доклад на

Бакинском Международном гуманитарном форуме. Сентябрь,

,6с.http://www.bakuforum.org/ru/main_page_forum2011/stenoqrama/multicultu

re/

СЕИДОВА Г. Идеи мультикультурализма в реалиях сегодняшнего дня:

плюсы и минусы // html. www. Phillaw - az. org.

Yayınlanmış

2024-11-04

Nasıl Atıf Yapılır

Mamedkhanova, N. J. (2024). MULTİKULTURALİZM VƏ ONUN AZƏRBAYCAN ƏDƏBİ PROSESİNƏ TƏSİRİ. INTERNATIONAL JOURNAL OF LANGUAGE AND AWARENESS, 3(1), 9–14. https://doi.org/10.33390/ijla.2279

Sayı

Bölüm

Araştırma Makaleleri