Azərbaycan dilində hibrid sözlər


Özet Görüntüleme: 0 / PDF İndirme: 0

Yazarlar

DOI:

https://doi.org/10.33390/ijla.1864

Anahtar Kelimeler:

hibrid söz- mürəkkəb söz- sözdüzəltmə- alınma söz- okkazionalizm- teleskopizm

Özet

Azərbaycan ədəbi dilinin lüğət tərkibinin inkişaf problemi müasir dilçilikdə əhəmiyyətli yer tutur və müxtəlif mənşəli sözlərin yeni söz yaratma problemi ilə əlaqədardır. Son vaxtlar dilçilikdə Azərbaycan dilində alınma leksikanın inteqrasiyası məsələsi xüsusi maraq doğurur. Bu zaman ingilis dilinin lüğət tərkibindən alınan sözlərə xüsusi əhəmiyyət verilir, belə ki, ingilis dili təkcə Azərbaycan dili üçün deyil, o cümlədən dünyanın bir sıra dilləri üçün donor rolu oynayır. Müasir dövrdə ingilis-Azərbaycan hibridlərinin yaranması ən qeyri-ordinar və mürəkkəb sözdüzəltmə proseslərindən biridir, bu zaman yeni yaranan sözlər yalnız yumoristik məqsədlə, yenilik, gözlənilməzlik, ahəngdarlıq ilə deyil, həm də ifadənin yüksək informativliyi ilə seçilir. Hibrid söz mənşəcə yunan sözü olub, çarpazlaşmış, qarışmış deməkdir. Qeyd etmək lazımdır ki, iki eyni mənalı sözün birləşib hibrid söz yaratması cəhətdən hibrid sözlər leksik
pleonazm hadisəsini yaradır. Məsələn: Türk mifologiyasında itbarak mifoloji surətlərdən biridir; İlk mərhələnin şərti başdan-binadan belə qoyulmuşdu : “Laldinməz” (S.Azəri. “Yasaq edilmiş oyun”); -Sağ olsun qılçalarım, -deyirdim, - uzundraz oğlanam (İ.Əfəndiyev. “Sarıköynəklə Valehin nağılı”); Bulud göydə düzüm-düzüm düzülür, Get gözəl, səfərin mübatrək olsun. Gözlərimdən abi-neysan süzülür, Get gözəl, səfərin mübarək olsun (A.Padarlı, “Olsun”); Döğrudanmı hələ özünü tanımayan, yaxud özünü tapmayan, bəlkə də Avropanın “ifrat azadlığı”nda özünü itirən iki cüt bir tək növcavanın və uğursuz “hüquq müdafiəçisi”nin təhqirlərinə dözməliyik? (“Gündəm”, Ə.Nuriyev). Bir dilin sözlərinin digərinə keçmə masştabı dildaxili əlaqələrin xarakterindən də asılıdır: daxili və xarici kontaktlar şəraitində bu proseslərin səbəbi adətən müxtəlif olur. Birinci halda “mədəni” alınmalar üstünlük təşkil edir, eyni zamanda daxili kontaktda digər motivlərin bütöv cərgəsi fəaliyyət göstərməyə başlayır. Alınma kök morfemlərin əksəriyyətinin üzə çıxması ikidillilik şəraitində onların sözdüzəltmə proseslərinə cəlb olunması ilə əlaqədardır. Yeni sözləri qəbul edən dildə yeni yaranan sözlərin seriyası meydana çıxır ki, onlar alınma kökdən və xüsusi sözdüzəltmə şəkilçisindən ibarət olur. Beləliklə, Azərbaycan dilində hibrid sözlər münasibətdə bir neçə fikir irəli sürülür: 1) iki eyni mənalı sözün birləşməsi və yaxud yanaşı işlənməsi kimi; 2) qoşa söz modelində işlənən hibrid sözlər; 3) hibrid sözlərə ayrı-ayrı dillərə məxsus şəkilçilərin qoşulması ilə; 4) hər iki sözün ixtisarı şəklində. Hibrid sözlər universal olaraq bütün dillərdə mövcuddur. Cəmiyyətin iqtisadi, siyasi, mədəni həyatında bir-biri ilə qarşılıqlı əlaqədə olan dillərin lüğət tərkibi hibridləşməyə məruz qalır

İndirmeler

İndirme verileri henüz mevcut değil.

Referanslar

Ахманова О. С. Словарь Лингвистических Терминов Издательство «Советская

Энциклопедия» Москва, 1966, 608 c.

Adilov M.İ., Verdiyeva Z.N., Ağayeva F.M. İzahlı dilçilik terminləri, Bakı, Maarif nəşriyyatı, 1989,s.91, (364 s.)

Veysəlli F. “Dilçilik ensiklopediyası” I cild, Bakı mütərcim 2006. səh.394

Eker S. Çağdaş Türk dili, Ankara 2013, s.31

Ercilasun, A. B. ve diğerl., 1991, Karşılaştırmalı Türk Lehçeleri Sözlüğü I, (= Kültür Bakanlığı Yayınları 1371), Ankara.

https://azerdict.com/az/izahli-luget/ulduz

Taymas, A. [Çeviren], 1994, Kırgız Sözlüğü I, (= Türk Dil Kurumu Yayınları 93), Ankara.

Parlatir, İ. ve diğerl., 1998, Türkçe Sözlük, (= Türk Dil Kurumu Yayınları 549), Ankara.

İndir

Yayınlanmış

2022-12-29

Nasıl Atıf Yapılır

Haciyeva, N. (2022). Azərbaycan dilində hibrid sözlər. INTERNATIONAL JOURNAL OF LANGUAGE AND AWARENESS, 1(1), 7–14. https://doi.org/10.33390/ijla.1864

Sayı

Bölüm

Araştırma Makaleleri