Mətndaxili semantik proqressiya
Özet
Mətn bir linqvistik vahid kimi fikrin bitkinliyini bildirən mürəkkəb sintaktik bütövlükdür. Bütöv dedikdə, onun müxtəlif sayda komponentlərdən, onu təşkil edən cümlələrdən ibarət olması nəzərdə tutulur. Mətnin komponentləri sayılan cümlələr öz düzülüşü ilə həm ümumi mətn semantikasına, həm də strukturuna xidmət etməlidir. Mətnin öz kommunikativ funksiyasını yerinə yetirməsi üçün onu təşkil edən komponentlərin arasında qarşılıqlı bağlılığın olması mütləqdir. Çünki nisbi bitkinlik bildirən cümlələr mətn çərçivəsinə daxil olduqda digər cümlələrlə qarşılıqlı əlaqə yaradaraq ümumi bir mətn semantikasına, makrotemaya, eyni zamanda mikrotemaya qulluq edir. Komponentlər arasındakı bu əlaqə tiplərini araşdıraraq onları iki cür təsnif etmək olar: cümlələr arasında koheziya əlaqəsi və koherensiya əlaqəsi. Digər bir dillə desək məna və struktur əlaqə. Mətnin sintaktik strukturu və ya forması koheziya əlaqəsi kimi, semantik bağlılığı isə koheziya vasitələri ilə gerçəkləşən koherent əlaqə kimi müəyyənləşdirilir.
Mətndə bir-birini izləyən cümlələr arasında məntiqi-semantik əlaqə vasitəsilə ortaya çıxan, daxili mətn bağlılığını təmin edən koherensiya əlaqələri dilçilikdə semantik proqressiya kimi də tanınır. Bu termini ilk dəfə N.R.Wolf (2001/2002) irəli sürmüşdür.
Mann/Thompson (1986, 77-80) semantik proqressiyanı tədqiq edərək onun əsas növləri haqqında müddəalarını işləyib hazırlamışlar. Dilçilərin araşdırmalarına görə semantik proqressiyada koherensiyanın ifadə olunması üçün bir sıra qeyri-dil elementləri vacibdir. Tədqiqatda bağlayıcı vasitələrlə müəyyən edilən cümlələr arasındakı koherensiya əlaqələri və yaxud semantik proqressiya təsnif olunur.
Anahtar Kelimeler:
mətn koherensiya semantik proqressiya Mann/Thompson təsnifatı semantik əlaqə növləriİndirmeler
Referanslar
İndir
Yayınlanmış
Nasıl Atıf Yapılır
Lisans
Telif Hakkı (c) 2023 Holistence Publications

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisanslanmıştır.
Yazarlar, makale HOMEROS’da yayınlanmak üzere kabul edildiğinde. makalenin içeriğindeki tüm telif haklarını, Rating Academy Ar-Ge Yazılım Yayıncılık Eğitim Danışmanlık ve Organizasyon Ticaret Ltd. Şti’ne devrederler. Yazarlar, patent hakları gibi telif hakkı dışındaki tüm mülkiyet haklarını saklı tutar.
Bu makalede yazar olarak listelenen herkes çalışmaya önemli, doğrudan, entelektüel katkılar yapmış olmalı ve bunun için kamu sorumluluğu almalıdır.
Bu makale daha once yayınlanmamış ve başka dergilerde yayınlanmak üzere gönderilmemiş olmalıdır.



