Rus xalqının ictimai- sosial və mənəvi mədəniyyətinə Türk təsiri
Özet
Türk-Slavyan əlaqələri qədim köklərə, özünəməxsus zəngin xüsusiyyətlərə malik olan dərin münasibətlərdir. Hər iki xalqlar arasında olan bu möhkəm və təsirli münasibətləri şübhəsiz, yetkin dil, mədəniyyət əlaqələri doğurmuşdur. Bu baxımdan Rus dilindəki Türk mənşəli alınmalar Türk Slavyan əlaqələri tarixində həm dərin, həm də silinməz izlər olmaqla qədim tarixi münasibətlərin nəticəsidir. Bu əlaqələr sonrakı yüzilliklərdə daha da inkişaf edərək iqtisadi, ictimai, siyasi və mədəni sahələri əhatə etməklə Şərqi Slavyan, o cümlədən rus dilində və mədəniyyətində silinməz izlər qoymuşdur. Deyə bilərik ki, türk xalqları ilə slavyan xalqları arasında sıx əlaqələr hələ Miladın ilk yüzilliklərində – slavyan tayfa birlikləri dövründə başlamışdır. Qeyd etmək lazımdır ki, ardıcıl şəkildə davam etdiyindən bu ünsiyyət (istər iqtisadi, istər mədəni və s.) siyasi şəraitdən asılı olmayaraq daimi xarakterdə olmuşdur. Türklərin ruslara təsiri təkcə dildə deyil, antropologiyasında, adət-ənənələrində, mentalitetdə də öz təsirini tapmışdı. Bununla türklər cəsarətlə deyə bilərik ki, gələcək Rusiya imperiyasının dövləti, hərbi və iqtisadi əsasını qoydu. Lakin yaxın zamanlaradək Rus və ya digər Slavyan xalqlarının formalaşmasında, habelə dövlətçiliyinin təşəkkülündə və inkişafında türk faktorunun rolu sözün həqiqi mənasında danılmış, bu barədə tədqiqat xarakterli axtarışlar aparmaq yasaq sayılmışdı. Türk-Rus və ya qədim türklərin Şərqi Slavyan xalqları ilə olan hərtərəfli əlaqələrinin öyrənilib tədqiq olunması bu gün isə artıq yeni yanaşma tərzi, əvvəlkilərdən fərqli mövqe və habelə yeni baxış də tələb etməkdədir. Əslində tarixi xarakterə malik olan bu təşəbbüs qonşu xalqlar arasında mövcud olan münasibətlərin tarixini öyrənməyə, habelə dilin tarixini, inkişaf mərhələləri və pillələrinin tarixi baxımdan mənzərəsini müəyyənləşdirməyə böyük imkanlar açır.
Şərqi Slavyan dillərində işlənən və bu dillərə keçdiyi vaxtdan bəri bir neçə yüz illər boyu işlənmə müddətincə öz aktuallığını yenə də saxlamaqda olan türk mənşəli sözlərin mühüm qismini mədəni terminlər, xüsusən türklərdə sosial-mədəni həyatın erkən yetkinliyini göstərən sözlər yasа, yasаk, yasоvul, tаmqа, tамоjnya, dеnqi, yam (poçt yolu), surquç, kаznа, tоvаr, bаzаr, arkan, basma, topor, barak, vataqa, palaş(ikiağızlı qılınc), taqan, kаbаlа, tarxan,yarlık, аltın, tоvаriş, sаn (rütbə, ad-san), аrbа, оçаq, stakan, başnya, divan, kirpiç, utyuq, bulat, çuqun, bronza, fonar və s. təşkil edir. Şərqi Slavyan dillərinə keçdiyi vaxtdan bəri bir neçə yüz illər boyu işlənmə müddətincə öz aktuallığını yenə də saxlamaqda olan bu sözlər hazırda da qazanılan uğurları ifadə etməkdədir.
Anahtar Kelimeler:
şərqi slayyanlar türk mədəniyyət rusİndirmeler
Referanslar
İndir
Yayınlanmış
Nasıl Atıf Yapılır
Lisans
Telif Hakkı (c) 2023 Holistence Publications

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisanslanmıştır.
Yazarlar, makale HOMEROS’da yayınlanmak üzere kabul edildiğinde. makalenin içeriğindeki tüm telif haklarını, Rating Academy Ar-Ge Yazılım Yayıncılık Eğitim Danışmanlık ve Organizasyon Ticaret Ltd. Şti’ne devrederler. Yazarlar, patent hakları gibi telif hakkı dışındaki tüm mülkiyet haklarını saklı tutar.
Bu makalede yazar olarak listelenen herkes çalışmaya önemli, doğrudan, entelektüel katkılar yapmış olmalı ve bunun için kamu sorumluluğu almalıdır.
Bu makale daha once yayınlanmamış ve başka dergilerde yayınlanmak üzere gönderilmemiş olmalıdır.



